Xiaomi şirkətinin yeni qatlana bilən smartfonu haqqında yeni məlumatlar açıqlanıb
Digital Chat Station, Xiaomi şirkətinin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verib. İnsayder smartfonun əsas texniki özəllikləri ilə yanaşı həmçinin onun hansı dizayna sahib olacağını da qeyd edib. Beləliklə insayderin verdiyi məlumatlara əsasən güman olunan adı Xiaomi Mix Flip olacaq smartfon Galaxy Z Flip tərzində olacaq.