MS-DOS üçün təxminən 2500 pulsuz vintaj oyun şəbəkəyə yerləşdirilib
Oyunları pulsuz olaraq və istənilən müasir əməliyyat sistemlərində oynamaq mümkündür. Heç bir proqram disketi və ödəniş tələb olunmadan istənilən şəxs 2500-ə qədər klassik oyunlardan istifadə edə bilər. Bütün bu tam funksional oyunları geniş internet arxivindən əldə edərək MS-DOS əməliyyat sistemi vasitəsi ilə standart brauzerdə oynamaq olar.