UNEC-in Zaqatala filialında EDUMAN sisteminin tətbiqinə başlanıb
UNEC-də uğurla tətbiq olunan EDUMAN-Elektron Universitet Modeli 2019/2020-ci tədris ilinin yaz semestrindən etibarən ali məktəbin Zaqatala filialında da reallaşdırılıb. Filialda bütün müəllim və tələbələr üçün şəxsi kabinetlər açılıb, dərs cədvəlləri, tədris planları, fənn üzrə qruplar, tədris materialları, sərbəst işlərin qəbulu, apelyasiya müraciətləri, imtahan cədvəli və buraxılışları elektronlaşdırılıb. Tədrisin