Snapdragon 845 hansı smartfonlara quraşdırılacaq?
4-8 dekabr tarixlərində Snapdragon Technology Summit tədbirində ən yeni Qualcomm Snapdragon 845 prosessoru təqdim ediləcək. Bildirilir ki, yeni prosessor Snapdragon 835 ilə müqayisədə 25% daha güclü olacaq. Snapdragon 845 istehsalçısı kimi Samsung deyil, TSMC şirkəti çıxış edəcək. Cihazda 4 Cortex-A75 və 4 Cortex-A53 nüvələri quraşdırılacaq.