Hansı «ağıllı» saatlar Android Wear 2.0 yeniləməsini dəstəkləyəcək?
Google I/O 2016 konfransı zamanı şirkət yeni funksiyalar və imkanlarla bol olan Android Wear 2.0 yeniləməsini təqdim etmişdi. Təəssüflər olsun ki, bütün model "ağıllı" saatlar bu yeniləməni dəstəkləməyəcək. Məsələn, LG şirkəti rəsmən təsdiq edib ki, 2014 istehsalı olan LG G Watch Wear 2.0-i qəbul etməyəcək.