ГлавнаяВыставки и конференции

28 Авг 2019 - 09:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən təşkil olunan və “R.I.S.K Company”, “Azərcell Telekom”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə keçirilən  “AZCLOUD Hackathon 2019″ müsabiqəsini təşkil edir.

Bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin, bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır.

AZCLOUD Hackathon 2019

“AZCLOUD Hackathon 2019″ müsabiqəsi üzrə qalib komanda 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Qeydiyyat 1 iyul tarixindən başlayacaq və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunacaq. “Hackathon”da iştirak etmək istəyənlər komanda formalaşdırmalıdır. Komandanın tərkibində kapitan da daxil olmaqla ən azı 3, maksimal olaraq isə 5 nəfər olmalıdır. Müsabiqə 3 mərhələdən ibarət olacaq. İlk mərhələdə qeydiyyat forması komanda kapitanı tərəfindən özü və bütün komanda üzvləri üçün doldurulmalıdır. Daha sonra komanda xüsusi hazırlanmış kiçik bir tapşırığı yerinə yetirməlidir ki, müsabiqədə iştirak etmək hüququ qazansın. Bu mərhələni keçən komandalara onlar üçün hazırlanmış tapşırıq haqqında ətraflı məlumat veriləcək. Komandalar  tapşırığın yerinə yetirilməsi üzərində işləyəcəklər və sonda komanda öz işlərini  izahlı təqdimat şəklində təqdim edəcək.

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019″ Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək. Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi üçün hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaq.

Qeyd edək ki, “Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.

Layihəyə dəstək olmaq üçün və ən son məlumatları əldə etmək üçün sizə uyğun olan sosial şəbəkələrdə bizi izləyib yerləşdirilən məlumatları  paylaşa bilərsiniz:

Veb səhifə: https://h.azcloud.az/
Facebook: https://www.facebook.com/h.azcloud/
Facebook event: https://www.facebook.com/events/321974052068942/
YouTube: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM
Instagram: https://www.instagram.com/h.azcloud/
Telegram: https://t.me/h_Azcloud

Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!