spot_img
29 марта, 2024
ДомойТехнологииГаджетыXiaomi smartfonlar üçün 210 Vatt gücündə şarj cihazı hazırlayıb

Xiaomi smartfonlar üçün 210 Vatt gücündə şarj cihazı hazırlayıb

Çin şirkəti hələlik heç bir rəsmi açıqlama verməyib, lakin müvafiq şarj cihazı artıq China Compulsory Certification-dan (CCC və ya 3C) keçib. Bu, belə bir qacetin mövcudluğunu və onun buraxılışa hazır olduğunu təsdiqləyir.

Təsvirə əsasən, Xiaomi-nin yeni AC adapteri aşağıdakı dəyərləri dəstəkləyir: 5V/3A, 9V/3A, 11V/6A, 17V/10.5A və 20V/10.5A. Hələlik heç bir rəsmi açıqlama verilməyib, ona görə də hansı cihazın bu cür şarjı dəstəkləyəcəyi və onun enerjini doldurmasının nə qədər vaxt aparacağı bəlli deyil. Yalnız bu texnologiyanın şirkətin gələcək smartfonlarından birində görünəcəyini təxmin edə bilərik.

Qeyd edək ki, ötən il Xiaomi smartfonu 8 dəqiqəyə doldurmağa imkan verən 200 vatt gücündə şarj cihazı təqdim edib. Lakin şirkət hələlik bu texnologiyadan heç bir cihazda istifadə etməyib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -