spot_img
27 апреля, 2024
ДомойТехнологииГаджетыPorsche ağıllı saat təqdim etdi

Porsche ağıllı saat təqdim etdi

Porsche İsveçrənin premium saat istehsalçısı TAG Heuer ilə birləşərək nəinki avtomobilə bənzəyən, həm də avtomobillə sinxronlaşa bilən ağıllı saat təqdim edib.

Connected Caliber E4 adlanan saat 45 mm-lik qara keramik bezel və qara titan qarışığından ibarət korpus alıb.

Porsche şirkətinin məlumatına görə, mavi elementlər saatın həsr olunduğu Taycan elektromobilinə işarədir.

Saat Google-un Wear əməliyyat sistemi ilə işləyir və nəinki smartfonla sinxronlaşdırıla, həm də istifadəçinin fiziki fəaliyyətini izləmək imkanı olan fitnes qolbağı rolunu oynaya bilir.

Saat Porsche-dən əlavə funksiyalara malikdir. Cihaz avtomobillərin fərdi xüsusiyyətlərini idarə etmək üçün Taycan, Panamera, Cayenne, Macan, 911 və 718 modellərinin multimedia sistemi ilə sinxronlaşdırıla bilər.

Saatın qiyməti 2750 dollar təşkil edir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -