spot_img
5 октября, 2022
spot_img
ДомойТехнологииСмартфоныBüdcəli Xiaomi Redmi Note 12-nin xüsusiyyətləri təqdimatdan əvvəl açıqlandı

Büdcəli Xiaomi Redmi Note 12-nin xüsusiyyətləri təqdimatdan əvvəl açıqlandı

İlin sonunda Xiaomi şirkəti təkcə Xiaomi 13 flaqmanı deyil, həm də daha sərfəli seriyanı – Redmi Note 12-ni təqdim edə bilər.

Təqdimata hələ vaxt olmasına baxmayaraq, insayderlər qarşıdan gələn yeni məhsul haqqında təfərrüatları artıq paylaşmağa başlayıblar. Belə ki, Digital Chat Station-un məlumatına görə, cihaz aktual seriyaya çox oxşar dizayn alacaq.

Eyni zamanda, Redmi Note 12-nin əsas kamerası üçqat olacaq: 50, 8 və 2 meqapiksel. Həmçinin, smartfon, böyük bir batareya və 120 vatt sürətli şarj dəstəyi alacaq.

Mənbələri həmçinin bildirir ki, Redmi Note 12-nin Çin versiyası 2022-ci ildə təqdim oluna bilərsə, qlobal modifikasiya 2023-cü ilə qədər işıq üzü görməyəcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,192ФанатыМне нравится
998ЧитателиЧитать
3,134ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -