spot_img
19 марта, 2024
ДомойТехнологииApple öz cihazları üçün abunə xidmətini təqdim etməyi planlaşdırır

Apple öz cihazları üçün abunə xidmətini təqdim etməyi planlaşdırır

Apple şirkəti yeni cihazlarının təqdimatında iPhone, iPad və digər cihazlar üçün abunə xidmətini təqdim etməyi planlaşdırır.

Bloomberg-in verdiyi məlumata görə, Apple cihazlarının icarəsi Apple One abunəsinə bağlı olacaq. Beləliklə, istifadəçilər təkcə yeni smartfon deyil, həm də Apple Music, Apple TV+, Apple Arcade və digər xidmətlərə çıxış əldə edəcəklər.

Bu halda icarə haqqı cihazın qiymətinə bağlı olmayacaq. Abunəçilər köhnə cihazı qaytarmaqla hər il yeni smartfon əldə edə biləcəklər.

Apple qadcetlərinin icarəyə götürülməsi variantının hansı ölkələrdə olacağı hələlik məlum deyil.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,059ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
709ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -