spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныMotorola Edge 144Hz displey və 32MP selfie kamera ilə təchiz ediləcək

Motorola Edge 144Hz displey və 32MP selfie kamera ilə təchiz ediləcək

Mənbələr rəsmi təqdimatı yaxın aylarda gözlənilən Motorola Edge (2022) smartfonunun yüksək keyfiyyətli renderlərini dərc edib. Qurğunun çipseti hələ rəsmi təqdimatı olmayan səkkiznüvəli MediaTek MT6879 olacaq. Çipə Mali-G79 qrafik sürətləndiricisi də daxil olacaq.

Smartfon Full HD+ təsvir ölçüsünə və 144 Hz ekran yeniləmə tezliyinə malik 6,5 düymlük P-OLED displey əldə edəcək. Ekranın mərkəzində 32 meqapiksellik selfi kamerası var. Əsas kamera üçqat olacaq: 50, 13 və 2 meqapiksel.

Satışa smartfonun 2 modifikasiyası çıxarılacaq — 6 və 8 GB RAM. Fləş yaddaşın tutumu isə 128 və 256 GB olacaq. Akkumulyatorun tutumu 6000 mAh olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -