spot_img
23 апреля, 2024
ДомойТехнологииГаджетыXiaomi Smart Home Display 6 rəsmi olaraq təqdim olundu

Xiaomi Smart Home Display 6 rəsmi olaraq təqdim olundu

Xiaomi şirkəti Smart Home Display 10-a bənzəyən, lakin daha kiçik ekrana malik Smart Home Display 6-nı təqdim etdi. Model 960 x 480 piksel təsvir ölçülü 5,45 düymlük ekranla təchiz edilib. Modelin qiyməti cəmi 52 dollardır.

Yeni Xiaomi Smart Home Display 6 2 meqapiksellik ön kamera ilə təchiz edilib ki, bu da yalnız video zənglər üçün nəzərdə tutulub. Cihaz tərəfindən dəstəklənən bir sıra standartlara Wi-Fi 4 və Bluetooth 5.0 da daxildir.

Buradakı proqram təminatı, görünür, köhnə modeldə olduğu kimidir — o, ilk növbədə, ağıllı evin funksionallığı ilə işləmək üçün nəzərdə tutulub. Xiaomi Smart Home Display 6 bir sıra smart cihazları (ağıllı ev elementləri) idarə etmək imkanına malikdir: lampalar, kilidlər və s., ağıllı qapı zəngindən zəngləri qəbul etmək, media sisteminə nəzarət etmək və s.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -