spot_img
26 апреля, 2024
ДомойТехнологииПланшетыSərfəli qiymətə Honor Tablet 8 təqdim olundu

Sərfəli qiymətə Honor Tablet 8 təqdim olundu

Honor şirkəti rəsmi olaraq sərfəli qiymətə Tablet 8 planşetini təqdim edib. Model 12 düymlük displeylə təchiz edilib. Ekranın təsvir ölçüsü 2000 x 1200 pikseldir, ön panelin 87%-ni tutur. Korpusun qalınlığı 6,9 millimetr, çəkisi isə 520 qramdır.

Qualcomm Snapdragon 680 çipseti performansa cavabdehdir. Əsas kamera 5 MP, ön kamera isə 5 MP təsvir ölçüsünə malikdir. Muxtariyyətə cavabdeh 7250 mAh batareyadır, eləcə də 22,5 Vt gücündə sürətli şarj dəstəyi var. Cihaz konfiqurasiyada USB-C konnektoru, dörd dinamik və Magic UI 6.1 ilə gəlir.

Honor Tablet 8-in qiymətləri:

  • 4 GB RAM / 128 GB — 220 dollar;
  • 6 GB RAM / 128 GB — 265 dollar;
  • 8 GB RAM /128 GB — 295 dollardır.

Bundan əlavə, 40 dollar dəyərində əlavə xarici klaviatura mövcuddur. Çində satışa iyulun 29-na start veriləcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -