spot_img
20 апреля, 2024
ДомойТехнологииГаджетыApple yeni saatlarında enerji səmərəliliyini artıracaq

Apple yeni saatlarında enerji səmərəliliyini artıracaq

Bloomberg-dən Mark Qurman qarşıdan gələn Apple Watch xüsusiyyətləri ilə bağlı yeni təfərrüatları açıqlayıb.

O bildirib ki, qabaqcıl enerjiyə qənaət rejimi (Low Power Mode) hələ də inkişaf mərhələsindədir. Şirkət bu ilin sonunda watchOS 9 ilə eyni vaxtda onu təqdim etməyə hazırlaşır.

Apple Watch artıq Power Reserve rejiminə malikdir ki, bu da saatın iki funksiyadan başqa bütün funksiyalarını söndürür – screenshot və və vaxtın göstərilməsi. Lakin yeni genişləndirilmiş Low Power Mode sizə aşağı güc rejimində tətbiqlərdən və digər funksiyalardan istifadə etməyə imkan verəcək.

watchOS 9-un yeni Apple Watch Series 8 və digər saatlarla birlikdə sentyabr ayında buraxılacağı gözlənilir. Yəni Apple Watch Series 8 və bəlkə də digər yeni modellərlə məhdudlaşa bilər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

Предыдущая статья
Следующая статья
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -