spot_img
25 апреля, 2024
ДомойSoftwareМобильные приложенияWhatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır

Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır

    Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ayırmırlar. Nəticədə mesajı qəbul etmiş şəxs mesajı göndərmiş şəxsi düzgün şəkildə başa düşməyə və ya mesajda buraxılmış səhvlərdən təəccüblənə bilər. Qeyd etmək lazımdır ki, Whatsapp-da göndərilmiş mesajları redaktə etmək funksiyası mövcud deyil. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. WABetaInfo saytının verdiyi məlumata əsasən Whatsapp tərtibatçıları yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində istifadəçilər artıq göndərilmiş mesajların redaktə edilməsini reallaşdıra biləcəklər. Hazırlanan funksiya Twitter üçün hazırlanan eyni funksiyaya bənzəsə də messencerdəki interfeys daha sadə olacaq.

    Twitter üçün hazırlanan funksiya çərçivəsində mesajı göndərən şəxs redaktə tarixçəsini və göndərilmiş hər bir mesajın köhnə versiyasını izləyə biləcək. Lakin Whatsapp-da bu cür imkan mövcud olmayacaq. Messencerin mesajı qəbul edəcək şəxsə mesajın redaktə edildiyi bildirişini göndərib-göndərməyəcəyi də bilinmir. Bundan əlavə olaraq mesajı göndərəndən sonra onun redaktə olunması üçün hansısa zaman limitinin qoyulub-qoyulmayacağı da aydın deyil. Sözügedən funksiya ilk öncə Whatsapp-ın Android versiyasında aşkar edilib. Funksiya hələ ki, hətta messencerin beta test versiyasında da aktiv deyil. Məlumatda qeyd edilib ki, funksiya messencerin iOS və kompüterlər üçün nəzərdə tutulmuş versiyalarında da aktiv olacaq. Göndərilmiş mesajların redaktə edilməsi funksiyasının hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -