spot_img
16 августа, 2022
spot_img
ДомойSoftwareМобильные приложенияWhatsapp-da daha bir yenilik: Artıq heç nə gizli qalmayacaq

Whatsapp-da daha bir yenilik: Artıq heç nə gizli qalmayacaq

WhatsApp iOS və Android istifadəçiləri üçün yeni funksiyalar üzərində işləməyə davam edir.

Paltforma Android-lərdən sonra iOS üçün də yeni funksiyanı sınaqdan keçirib ki, bu da söhbətlərdən və qruplardan yeni mesajlar alındıqda profil şəkillərinin sistem bildirişlərində göstərilməsinə imkan verir. Bu da bəzi istifadəçilər üçün problemlərə səbəb olur. Çünki bu xüsusiyyət sayəsində mesajın kimdən və ya hansı qrupdan gəldiyini bildirişdən də anlamaq daha asan olur.

Bəs Whatsapp-dan mesaj gələndə göndərənin profil şəklini necə gizlətmək olar?

WhatsApp hələ ki, bildirişlərdən profil şəklini silmək üçün ayrıca seçim təklif etmir. Amma WhatsApp-da mesaj göndərənin profil şəklini gizlətmək üçün bunları addım-addım etmək lazımdır:

Whatsapp tətbiqinə daxil olun. Proqrama daxil olduqdan sonra «Parametrlər» üzərinə klikləyin. Açılan ekranda Bildirişlər seçimini daxil olun. Daha sonra bu ekranda «Mesajlar» başlığının altındakı «Təcili bildiirşlərdən istifadə edin» düyməsini söndürməlisiniz.

Beləliklə, Whatsapp-dan mesaj gələndə əsas ekranda bildirişlər görünmür və mesajı göndərən şəxsin profil şəkli telefon ekranında görünmür.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,156ФанатыМне нравится
995ЧитателиЧитать
3,139ЧитателиЧитать
720ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -