spot_img
11 августа, 2022
spot_img
ДомойТехнологииАвтомобилиToyota istehsal etdiyi ilk elektromobilləri geri çağırır

Toyota istehsal etdiyi ilk elektromobilləri geri çağırır

Toyota Motors şirkəti təkərlərin hərəkət zamanı çıxması təhlükəsi səbəbindən kütləvi şəkildə istehsal etdiyi elektrikli avtomobillərini geri çağırmağa məcbur olub.

Bildirilir ki, söhbət may ayında istehsal olunmağa başlayan bZ4X modelindən gedir. Şirkət təkər gövdəsinin boltlarında problem aşkar edib. Onun sözlərinə görə, sərt dönmələr və ya qəfil saxlamalar nəticəsində təkərlər yerindən çıxa bilər.

Ümumilikdə, Toyota dünya üzrə bu markalı 2.7 minə yaxın elektromobili geri çağıracaq. Bunlardan 2.2 mini Avropa, 260-a yaxını ABŞ, 112-si isə Yaponiya bazarının payına düşür.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,158ФанатыМне нравится
993ЧитателиЧитать
3,138ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -