spot_img
19 марта, 2024
ДомойТехнологииСмартфоныSamsung Galaxy A33, A53 və ya A73? Yeni A seriyasından hansı modeli...

Samsung Galaxy A33, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli?

Artıq bir neçə ildir ki, Samsung-un A seriyası istifadəçilərin favoritinə çevrilərək,  ən sevilən cihazlar arasında yer almışdır. Seriya münasib qiyməti və Samsung məhsullarının davamlı keyfiyyətini çox uğurla özündə birləşdirir. Galaxy A33, A53 və A73-ü müqayisə edərkən gözə çarpacaq fərqi yalnız sonuncuda görmək mümkündür.

Belə ki, Samsung Galaxy A73 hər iki modeldən fərqlənərək, özündə bir neçə əsas məqamı əks etdirir.  Əsas fərq ondadır ki, Exynos 1280 əvəzinə bu model Snapdragon 778G prosessoru ilə təchiz edilib. Ən böyük fərq isə smartfonun kamerasında hiss olunur. Burada əsas sensor 108MP f/1.8-dir. Samsung ilk dəfədir ki, orta qiymət seqmentinə belə yüksək icazəli kameradan istifadə edir. Onu da qeyd etmək lazımdır ki, bu model, məhsul xəttinin «ən böyük» və «ən ağır» cihazıdır – onun ölçüsü, müvafiq olaraq, 6,7”, çəkisi isə 181 qram təşkil edir. Həmçinin, Samsung Galaxy A73 eksklüziv «zeytun yaşılı» rəngində mövcuddur.

İlk baxışdan Galaxy A33 və Galaxy A53 bir-biri ilə çox oxşardır. Burada displeylərin diaqonalları demək olar ki, eynidir: Müvafiq olaraq 6,4” və 6,5”. Hər iki model FHD + Super AMOLED ekran ilə təchiz edilmişdir. Lakin, smartfonların displey yenilənmə sürəti fərqlidir, Galaxy A33-də bu göstərici — 90 Hz, Galaxy A53 isə 120 Hz təşkil edir. Gəlin smartfonlarda quraşdırılmış kameralarla birlikdə tanış olaq. Galaxy A33 48MP geniş bucaqlı, 8MP ultra geniş bucaqlı, 2MP dərinlik sensoru və 5MP makro kameraya malikdir, Galaxy A53 isə müvafiq olaraq 64MP, 12MP, 5MP və 5MP-lik obyektiv ilə təchiz edilmişdir. Hər iki model, yuxarıda qeyd edildiyi kimi, Samsung-un təqdim etdiyi yeni Exynos 1280 çipseti üzərindən işləyir.

Smartfonlar həqiqətən cəlbedicidir. Belə ki, onları rəqiblərindən fərqləndirən əsas cəhətlərdən biri, orta seqmentə aid olmalarına baxmayaraq, bütün məhsul xəttinin smartfonlarının  IP67 standartına uyğun sukeçirməməzliyə malik olmasıdır. Həmçinin, burada son illərin yeniliklərindən biri — ekran altında yerləşən barmaq izi skaneri quraşdırılıb. Istehsalçının cihazda istifadə etdiyi böyük tutumlu batareya isə uzun müddət smartfonların üstünlüklərindən istifadə etməyə imkan verir, əlavə olaraq, burada sürətli yükləmə də mövcuddur. Yeni Galaxy A modelləri hətta maksimum həcmdə belə heç bir təhrifi olmayan aydın və balanslaşdırılmış səs təqdim edən dinamiklərlə təchiz olunmuşdur. Burada audionun özünüz ekvalayzerdə tənzimləyə və ya Dolby Atmos presetlərindən birini seçilə bilərsiniz. Sözü gedən bu presetlər fərqli ssenarilər üçün nəzərdə tutularaq, hətta onlayn oyun oynadığınız zaman səsləri tənzimləyir. Bu, məsələn, döyüş zamanı rəqiblərin yerini dəqiq müəyyən etməyə kömək edir.

Onu da qeyd etmək lazımdır ki, smartfonlarda MScard köməyi ilə yaddaşı 1 TB-dək genişləndirmək mümkündür və onlar 6 və ya 8 GB operativ yaddaş və 128 və ya 256 GB daxili yaddaşla təchiz edilmiş versiyalarda mövcuddur.

Samsung Galaxy A smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy A məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı  Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,059ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
709ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -