spot_img
23 июня, 2022
spot_img
ДомойSoftwareМобильные приложенияMeta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları istifadəyə veriləcək

Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları istifadəyə veriləcək

  Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizasiya imkanlarını genişləndirəcək. Meta-nın platformalarında olan bəzi monetizasiya funksiyaları daha çox blogger üçün aktivləşdiriləcəklər. Bəzi funksiyalar isə 2024-cü ilə kimi pulsuz olaraq qalacaqlar. Yeni monetizasiya üsullarından biri də Instagram-da marketplace olacaq. Müxtəlif brendlərin təmsilçiləri həmin marketplace vasitəsilə özlərinə uyğun olan bloggerləri axtarıb tapa biləcəklər. Uyğun gələn kontent yaradıcısının tapılmasından sonra brend təmsilçisi marketplace üzərindən bloggerə bu və ya digər məhsul barəsində bütün materialları göndərə biləcək.

    Instagram-ın mesajlar bölməsində xüsusi qovluq istifadəyə veriləcək və həmin qovluqda bloggerlər məhsulların reklamları məsələsində danışıqlar apara, öz layihələrini və təkliflərini filtrləyə biləcəklər. Qeyd etmək lazımdır ki, buna bənzər monetizasiya alətləri artıq TikTok-da mövcuddur. Instagram daxilində istifadəyə veriləcək Creator Marketplace isə TikTok ilə rəqabətdə Meta üçün daha bir üsul olacaq. Facebook daxilində istifadəyə veriləcək daha bir təşəbbüs Reels Play Bonus olacaq. Sözügedən funksiya geniş blogger kütləsi üçün aktiv olacaq. Onun vasitəsilə Instagram bloggerləri öz qısa videolarını Facebook-da yerləşdirə və onları monetizasiya edə biləcəklər. Bu layihə üçün Meta şirkəti 1 milyard dollar büdcə ayırıb. Sözügedən təşəbbüsdən son 30 gün ərzində minimum 5 video yerləşdirmiş və minimum 100.000 baxış say yığmış bloggerlər istifadə edə biləcəklər.

    Bloggerlərin abunəçiləri onlara Facebook Stars proqramı çərçivəsində virtual hədiyyələr vasitəsilə dəstək məsələsində geniş imkanlara sahib olacaqlar. Facebook Stars proqramına qoşulmaq üçün blogger Meta-nın monetizasiya siyasətinin tələblərinə uyğun olmalı, sözügedən proqramın dəstəkləndiyi regionda yaşamalı və son 60 gündə minimum 1000 abunəçi yığmış olmalıdır. Bundan əlavə olaraq Zuckerberg bildirib ki, şirkət Instagram daxilində NFT-lərin testini daha da genişləndirəcək. Hal hazırda Instagram NFT məsələsində Ethereum və Polygon blockchain platformalarını dəstəkləyir. Yaxın zamanda isə Flow və Solana platformalarının dəstəkləri də əlavə ediləcək. NFT-lər həmçinin Facebook daxilində də test ediləcək. Test formatında NFT-lərin dəstəyi həm də Instagram Stories-ə əlavə ediləcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,160ФанатыМне нравится
985ЧитателиЧитать
3,136ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -