spot_img
29 марта, 2024
ДомойSoftwareИгрыMəşhur jurnalist: 'GTA VI-nın anonsu yaxın zamanda baş verə bilər'

Məşhur jurnalist: ‘GTA VI-nın anonsu yaxın zamanda baş verə bilər’

 Rockstar Games-in oyunları ilə bağlı məlumat sızıntılarını verən məşhur fransız jurnalist Chris Klippel-in vediyi məlumata əsasən Rockstar Games yaxın zamanda yeni oyununun anonsunu edəcək. Jurnalist anonsun nə zaman baş tutacağı üzrə dəqiq bir tarixə sahib deyil. Lakin o qeyd edib ki, bu, yaxın zamanda baş verə bilər. Sözügedən jurnalist son aylar ərzində GTA VI, orijinal Red Dead Redemption-un remake versiyası və Red Dead Redemption 2-nin remaster versiyası barəsində danışıb. Öz abunəçiləri ilə ünsiyyət zamanı jurnalist qeyd edib ki, GTA VI Rockstar Games tərəfindən hazırlanan yeganə oyun deyil. Lakin Rockstar-ın pərəstişkarları yaxın gələcəkdə məhz GTA VI-nı görmək ümidindədirlər.

    Qeyd etmək lazımdır ki, hələ fevral ayında Rockstar Games GTA VI üzərində çalışdığını rəsmi şəkildə təsdiqləmişdi. Aprel ayında Klippel qeyd etmişdi ki, GTA VI Rockstar Games-in RAGE9 kod adına sahib yeni oyun mühərriki əsasında hazırlanır. Həmin vaxtda o bildirmişdi ki, onun oyunu görmüş mənbələri oyunun qrafikini çox tərifləyirlər. “Söhbət, öz zamanını qabaqlamış oyun mühərrikindən gedir” — deyə Klippel qeyd etmişdi. Əvvəlki məlumat sızıntılarına əsasən GTA VI bir qədər daha kiçik xəritəyə sahib olacaq və oyun satışa çıxandan sonra onun xəritəsi müxtəlif yenilənmələr vasitəsilə böyüdüləcək. Bundan əlavə olaraq GTA V-də olduğu kimi GTA VI-da da bir neçə əsas personajın olacağı və onlardan birinin qadın olacağı barəsində məlumatlar verilmişdi.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -