spot_img
26 июня, 2022
spot_img
ДомойТелекомСобытияGələn ay Azərbaycanda Google Pay-dən istifadə mümkün olacaq

Gələn ay Azərbaycanda Google Pay-dən istifadə mümkün olacaq

İyuldan etibarən Google pay (GPay) ödəmə sistemi Azərbaycanda aktiv olacaq.

Məlumata görə, platformanın Azərbaycanda aktivləşdirilməsi üçün işlər yekunlaşıb:

“Aprel ayında bununla bağlı Google ilə razılığa gəldik. Həmçinin Visa və MasterCard beynəlxalq ödəmə texnologiyası şirkətləri ilə də anlaşmışıq. Azərbaycan tərəfi olaraq üzərimizə düşən bütün işləri görmüşük. Yalnız qarşı tərəfin bununla bağlı qərar verməsi qalıb. Bizə bildirilib ki, iyul ayında Google Pay Azərbaycanda aktivləşəcək. Amma yenə də onlardan qaynaqlanan səbəblərdən proses 1 ay yubana bilər. Amma avqustdan o tərəfə keçməycək və biz bu yay Google Pay-dən yararlana biləcəyik”.

Mənbənin sözlərinə görə, Samsung Pay və Pay Pal kimi ödəmə playformalarının tezliklə aktivləşməsi planda yoxdur.

Qeyd edək ki, Google Pay 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,160ФанатыМне нравится
986ЧитателиЧитать
3,137ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -