spot_img
20 апреля, 2024
ДомойSoftwareПрограммное обеспечениеDaha bir dövrün sonu: Microsoft rəsmi şəkildə Internet Explorer-in dəstəyini tamamilə dayandırdı

Daha bir dövrün sonu: Microsoft rəsmi şəkildə Internet Explorer-in dəstəyini tamamilə dayandırdı

    İstifadəyə verildiyi vaxtdan demək olar 25 il sonra Microsoft şirkəti Internet Explorer brauzerinin dəstəyini rəsmi şəkildə tamamilə dayandırdı. Beləliklə bundan sonra Windows əməliyyat sistemində onun yerini tutacaq standart brauzer qismində Microsoft Edge çıxış edəcək. Internet Explorer-in dəstəyinin tamamilə dayandırılması barəsində məlumat şirkətin bloqunda yerləşdirilsə də formal olaraq Microsoft ondan hələ 2016-cı ildə imtina etmişdi. Nəticədə Internet Explorer tədricən əməliyyat sisteminin komponentinə çevrildi, onun yüklənmə imkanı deaktiv edildi və ümumiyyətlə yeni kompüterlərdə sistem daxilində gizlədildi.

    2016-cı ildən şirkət aktiv şəkildə Microsoft Edge brauzerini inkişaf etdirir. Kompüterlərə quraşdırılmış Internet Explorer kopyaları müəyyən müddət istifadəçiləri Edge brauzerinə yönləndirəcəklər. Lakin növbəti sistem yenilənməsindən sonra artıq köhnəlmiş brauzerə giriş etmək mümkün olmayacaq. Bununla belə Microsoft bildirib ki, Internet Explorer Windows 10-un LTSC versiyasında çalışmağa davam edəcək. Qeyd etmək lazımdır ki, Microsoft-un aktual brauzeri olan Microsoft Edge brauzerlər bazarında məşhurluq reytinqinə əsasən üçüncü yeri tutur. Həmin reytinqdə birinci yeri Google Chrome, ikinci yeri isə Apple Safari tutur.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -