spot_img
29 июня, 2022
spot_img
ДомойТехнологииHardwareApple M2 prosessorunun ilk test nəticələri ortaya çıxıb

Apple M2 prosessorunun ilk test nəticələri ortaya çıxıb

    Məşhur Geekbench bençmark saytının məlumatlar bazasında Apple şirkətinin yeni M2 prosessoruna sahib MacBook Pro 2022 modelinin ilk test nəticələri ortaya çıxıb. Ortaya çıxmış test nəticələrinə əsasən söyləmək olar ki, M2-nin təqdimatı zamanı Apple onun performansı barəsində heç də yalan məlumat verməyib. Belə ki, M2 prosessoru əvvəlki M1 modelini performans baxımından bir xeyli geridə qoya bilib. MacBook Pro 2022 modelinin test protokoluna əsasən yeni M2 prosessoru bir nüvəli yüklənmə zamanı M1-dən fərqli olaraq 11.5% daha sürətlidir. Çox nüvəli yüklənmə çərçivəsində isə yeni prosessorun performansı 19% yüksəlib.

    Bu göstəricilər Apple şirkətinin, yeni prosessorun ortalama 18% daha sürətlə çalışdığı bəyanatını təsdiqləyirlər. Bundan əlavə olaraq təqdimat zamanı şirkət qeyd etmişdi ki, prosessorun GPU tərəfinin performansında 35%-lik yüksəliş var. Aparılmış real testlər çərçivəsində prosessorun GPU-su 50%-lik performans yüksəlişi sərgiləyib. Qeyd etmək lazımdır ki, M2 prosessoru yeni MacBook Pro 2022 modelindən əlavə olaraq MacBook Air 2022-də də istifadə edilir. Bununla belə MacBook Air modelində sözügedən prosessorun performans göstəriciləri noutbukun passiv soyutma sisteminə sahib olması səbəbilə fərqlənə bilərlər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,157ФанатыМне нравится
989ЧитателиЧитать
3,139ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -