spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоны6000 mAh batareyaya sahib büdcə Galaxy F13 smartfonu təqdim olundu

6000 mAh batareyaya sahib büdcə Galaxy F13 smartfonu təqdim olundu

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib. Sözügedən yeni smartfonun əsas özəllikləri arasında Exynos prosessoru, böyük həcmli batareya, yüksək göstəricili əsas arxa kamera və münasib satış qiyməti var. Beləliklə Galaxy F13 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 2408×1080 piksel keyfiyyətli 6.6 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy F13 modeli 8 nüvəli Exynos 850 prosessoru, Mali-G52 qrafik çipi, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 5 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy F13-ün satışlarına 29 iyun tarixində start veriləcək. 64 GB yaddaşlı versiya 150$-a, 128 GB yaddaşlı versiya isə 165$-a satılacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -