spot_img
28 июня, 2022
spot_img
ДомойSoftwareМобильные приложенияYoutube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks etdirəcək

Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks etdirəcək

Technote-un verdiyi məlumata əsasən, bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur. Bundan əlavə olaraq bu cür videolarda lazımi kontentin axtarılıb tapılması prosesi də istifadəçini çox zaman qıcıqlandırır. Youtube tərtibatçıları bu problemi həll etmək qərarına gəliblər. Belə ki, Youtube tərtibatçılarının hazırladıqları yeni funksiya öz növbəsində bu və ya digər videonun istifadəçilər tərəfindən ən çox izlənilmiş hissələrini öncədən ayıracaq və onları qeyd edəcək. Beləliklə istifadəçilər hər hansısa videoda bir çox istifadəçini maraqlandıran hissə ilə tanış ola biləcəklər. Bunun nəticəsində bu və ya digər istifadəçinin də video daxilində axtardığı eyni kontenti tapmaq prosesi sadələşdiriləcək.

    Sözügedən funksiya yaxın günlər ərzində Youtube Premium-da test rejimində istifadəyə veriləcək. İstifadəçi videonun əks olunduğu playerin üzərindəki zaman xətti vasitəsilə videonu fərdi şəkildə önə və ya arxaya çevirən zaman dalğa formalı qrafik əmələ gələcək. Həmin dalğa formalı qrafikdə isə videonun müxtəlif hissələrinin baxış sayları əks olunacaq. Qrafikin ən pik nöqtələrinə sahib olan hissələr videonun ən çox baxılmış hissələri olacaqlar. Bunun sayəsində də istifadəçi videonun ən maraqlı və vacib hissəsinə keçid edə biləcək. Bu yeni funksiyanın hamı üçün və ya yalnız Youtube Premium istifadəçiləri üçün istifadəyə verilib-verilməyəcəyi barəsində bir məlumat yoxdur.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,159ФанатыМне нравится
986ЧитателиЧитать
3,138ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -