spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныYeni ucuz Samsung M13 5G smartfonunun xüsusiyyətləri açıqlanıb

Yeni ucuz Samsung M13 5G smartfonunun xüsusiyyətləri açıqlanıb

Samsung tezliklə yeni Galaxy M seriyalı smartfonunu təqdim etməyə hazırlaşır. Bu, Galaxy M13 5G modelidir və o, FCC sertifikatlaşdırma bazasında ortaya çıxıb.

Bunun sayəsində Galaxy M13 5G-nin model nömrəsi məlum oldu — SM-M135M. Bundan əlavə, FCC vebsaytı gələcək smartfonun şarj ilə doldurulmasının təfərrüatlarını açıqlayıb. Samsung şirkəti smartfonu EP-TA200 adapter model nömrəsi ilə sınaqdan keçirdi. Bu model 15 vatt gücə malikdir. Şirkətin smartfonla birlikdə qutuya belə bir şarj cihazı qoyub-qoymayacağı hələlik məlum deyil.

Daha əvvəl smartfon Bluetooth SIG sertifikatlaşdırma saytında da göründü. Beləliklə, məlum oldu ki, Galaxy M13 5G Bluetooth 5.0-ı dəstəkləyəcək. Smartfonun arxa tərəfində 50 meqapiksellik sensor və 2 meqapiksellik dərinlik sensoru ilə ikili kamera olacağı da məlumdur. Smartfonun ön panelində 6,5 düymlük IPS ekranı olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -