spot_img
16 августа, 2022
spot_img
ДомойТехнологииСмартфоныYeni OnePlus Nord 2T smartfonu təqdim edilib

Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib

    OnePlus şirkəti OnePlus Nord 2T smartfon modelini təqdim edib. Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır. OnePlus Nord 2T modelinin tamamilə yeni prosessor əldə etməsinə baxmayaraq o, keçən ilki Nord 2-nin satış qiymətini qoruyub saxlayıb. Beləliklə smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Bundan əlavə olaraq smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir.

    Əsas texniki göstəricilərə gəldikdə isə Nord 2T modeli MediaTek Dimensity 1300 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (optik stabilizasiya) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP (monoxrom obyektiv) üçlü arxa kamera, 32 MP-lik (elektron stabilizasiya) ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nord 2T modeli OxygenOS 12.1 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Avropa bazarında 24 may tarixində satışa çıxacaq. 8 GB RAM-a və 128 GB yaddaşa sahib model 399 avroya, 12 GB RAM-a və 256 GB yaddaşa sahib model isə 499 avroya satılacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,157ФанатыМне нравится
995ЧитателиЧитать
3,139ЧитателиЧитать
720ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -