spot_img
29 марта, 2024
ДомойSoftwareМобильные приложенияWhatsapp-da statuslara emojilər ilə reaksiya bildirmək funksiyası istifadəyə veriləcək

Whatsapp-da statuslara emojilər ilə reaksiya bildirmək funksiyası istifadəyə veriləcək

    Görünür, Whatsapp bütün platformasını emoji reaksiyalar ilə təmin etməyi planlaşdırır. Hələ bir neçə müddət bundan öncə messencerdəki çatlar daxilində digər istifadəçilərin mesajlarına emojilər vasitəsilə reaksiyalar bildirmək imkanı reallaşdırılmışdı. İndi isə eyni funksiya Whatsapp statusları üçün istifadəyə veriləcək.

WABetaInfo saytının verdiyi məlumata əsasən statuslara sürətli reaksiyaların bildirilməsi funksiyası Whatsapp-ın yaxın zamanda təqdim ediləcək yenilənməsində istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya həmçinin Instagram-dakı Stories paylaşımları üçün də reallaşdırılıb.

    Gözləntilərə əsasən messencer daxilindəki status paylaşımları üçün 8 emoji reaksiyası istifadəyə veriləcək. Məlumata əsasən status paylaşımına edilən reaksiya emoji şəklində həmin şəxsə mesaj kimi göndəriləcək. Lakin heç istisna deyil ki, bunun üçün tamamilə fərqli üsul reallaşdırılsın.

Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-da digər yeniliklər də gözlənilir. Onlardan ən əsası isə bir istifadəçi hesabının 2 fərqli smartfonda istifadəsidir. Sözügedən funksiya barəsində məlumat bir neçə gün bundan öncə ortaya çıxmışdı. Gözləntilərə əsasən həmin funksiya yaxın zamanda messencerin beta versiyasında və daha sonra stabil versiyasında istifadəyə veriləcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -