spot_img
30 июня, 2022
spot_img
ДомойТехнологииСмартфоныSamsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina edəcək

Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina edəcək

Technote-un məlumatına əsasən, Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 2200 flaqman prosessoruna böyük ümidlər bağlamışdı. Lakin nəticədə sözügedən prosessor Exynos 2100 modeli ilə müqayisədə o qədər də cəlbedici inkişaf səviyyəsini sərgiləmədi. İndi isə bunun fonunda məlumat ortaya çıxıb ki, Samsung şirkəti Exynos prosessorlarının istehsalı məsələsində fasilə götürməyi və hələ ki, flaqman smartfonlarını bu prosessorlar ilə təchiz etməməyi qərara alıb. Məlumatda qeyd edilib ki, 2023-cü və 2024-cü illərdə təqdim ediləcək Galaxy S23 və Galaxy S24 smartfonlarının Exynos prosessorlu versiyaları olmayacaq.

    Nəticədə şirkətin öz smartfonlarında yalnız Qualcomm və ya üstəlik MediaTek prosessorlarından istifadə edib-etməyəcəyi məlum deyil. Bəzi insayderlər tərəfindən verilmiş məlumata əsasən Samsung şirkət daxilində Dream Team Platform One kod adına sahib xüsusi şöbə yaradıb və həmin şöbəyə yarımkeçirilər ilə smartfon istehsalı sahələrindən olan minlərlə mütəxəssis daxil olacaq. Onların əsas məqsədləri isə yüksək səviyyəli yeni prosessorun yaradılmasıdır. Samsung-un məqsədi digər prosessorlarla eyni səviyyədə rəqabətə sahib olacaq və eyni zamanda performans baxımından hal hazırda bazarın lideri hesab edilən Apple A Bionic prosessorlarını geridə qoya biləcək yeni prosessoru yaratmaqdır. Məlumata əsasən bu cür prosessor 2025-ci ilə kimi hazır olmalıdır. Bu isə o deməkdir ki, onun Galaxy S25 smartfon seriyasında reallaşdırılmasını gözləmək olar.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,157ФанатыМне нравится
989ЧитателиЧитать
3,139ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -