spot_img
23 июня, 2022
spot_img
ДомойТехнологииПланшетыRealme Pad X-in əsas xüsusiyyətləri ortaya çıxdı

Realme Pad X-in əsas xüsusiyyətləri ortaya çıxdı

Yeni realme Pad X-in yaxınlaşan premyerasını ərəfəsində, tanınmış insayder Equal Leaks qarşıdan gələn yeniliyin texniki xüsusiyyətlərini ehtiva edən bir sıra tanıtım şəkillərini dərc etdi.

Məlumatlara əsasən, planşet ön panelin 84,6%-ni tutan 11 düymlük 2K ekranla təchiz olunacaq. Həmçinin qeyd edilir ki, Snapdragon 870 prosessoru 8340 mAh batareya və 33 Vt-a qədər sürətli şarj dəstəyi ilə birlikdə planşetin performansına cavabdehdir.

Bundan əlavə, mənbə Pad X əməliyyat sistemindən də bəhs edir – model realmeUI-nin planşet versiyası ilə birləşdirilmiş Android 12-də işləyəcək. Dörd Dolby Atmos stereo dinamikinin, mavi hardware filtrinin (Rheinland Low Blue Light) və stilus dəstəyinin mövcudluğu haqqında da deyilir.

Realme Pad X-in təqdimat tarixi mayın 26-a planlaşdırılıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,160ФанатыМне нравится
985ЧитателиЧитать
3,136ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -