spot_img
26 июня, 2022
spot_img
ДомойТелекомСобытияElon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Technote-un məlumatına əsasən, keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxmağa başlamışdı. Həmin məlumatların ortaya çıxmasından daha öncə isə Musk sözügedən sosial şəbəkənin səhmlərinin 9%-ni əldə etmişdi. Aprel ayının sonunda rəsmi şəkildə elan edilmişdi ki, Musk Twitter-i 44 milyard dollara alacaq. Lakin indi məlum olub ki, o, Twitter-in satın alınma prosesini dayandırıb. Səbəb isə sosial şəbəkədə olan fake və spam istifadəçi hesablarıdır. Həmin istifadəçi hesabları Musk-ı narahat edir və o, Twitter-də bu cür hesabların hansı sayda olduğunu təyin etmək istəyir. Məlumata əsasən sosial şəbəkənin satın alınması ləğv edilməyib.

    O sadəcə olaraq müəyyən müddətlik dayandırılıb. Bu müddət ərzində Twitter-də fake və spam istifadəçi hesablarının sayı dəqiqləşdirilməlidir. Musk bildirib ki, Twitter-in öz məlumatlarına əsasən sosial şəbəkədə olan bu cür hesabların sayı ümumi istifadəçi hesablarının 5%-ni təşkil edir. Musk bildirib ki, sözügedən göstəricinin doğruluğu müəyyən olunana kimi tərəflər arasında müqavilənın bağlanması təxirə salınıb. Sözügedən xəbərin ortaya çıxmasından sonra Twitter-in səhmlərinin dəyərləri 20% aşağı düşüb. Twitter tərəfindən fake və spam istifadəçi hesabları üzrə hazırlanan hesabatın isə nə zaman təqdim olunacağı və yekunda müqavilənin bağlanma şərtlərinə təsir edib-etməyəcəyi bilinmir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,160ФанатыМне нравится
986ЧитателиЧитать
3,137ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -