spot_img
28 июня, 2022
spot_img
ДомойТехнологииМониторыASUS və NVIDIA dünyanın ilk 500Hz oyun monitorunu təqdim etdi

ASUS və NVIDIA dünyanın ilk 500Hz oyun monitorunu təqdim etdi

Computex 2022-də gözlənilmədən NVIDIA və ASUS yeni ROG Swift 500 Hz oyun monitorunun təqdim olunduğunu elan etdilər. Bildirilir ki, o, G-Sync texnologiyasını dəstəkləyən və dünyanın ən yüksək yeniləmə sürəti olan paneldən istifadə edir – 500 Hz.

Qeyd etmək lazımdır ki, ASUS 2020-ci ildə G-Sync və 360 Hz yeniləmə tezliyi ilə ilk monitoru göstərməklə öz rekordunu qırdı. Yenilik ilk növbədə «e-idmançılar» və rəqabətli oyunlarla ciddi maraqlananlar üçün nəzərdə tutulub.

ASUS ROG Swift 500 Hz Full HD təsvir ölçülü 24 düymlük TN paneli ilə təchiz olunub. Monitorun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir. Yalnız G-Sync Esports və NVIDIA Reflex Analyzer texnologiyalarını dəstəklədiyini elan etdi.

ASUS ROG Swift 500 Hz-in qiyməti hələ açıqlanmayıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,158ФанатыМне нравится
988ЧитателиЧитать
3,138ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -