spot_img
25 июня, 2022
spot_img
ДомойТехнологииСмартфоныApple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məlumatlar

Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məlumatlar

Technote-un verdiyi məlumata görə, iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib. İnsayderlər gözlənilən təqdimat tarixi ilə yanaşı təqdimatda olacaq digər məhsullar barəsində də məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən Apple bu ilki təqdimatını 13 sentyabr tarixində keçirdəcək. Apple şirkəti bu məsələ ilə bağlı heç bir fikir bildirməsə də məlumdur ki, o öz tədbirlərini adətən çərşənbə axşamları keçirdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, təqdimat çərçivəsində şirkət əsas diqqətini adi iPhone 14 modelləri ilə iPhone 14 Pro modelləri arasında olacaq fərqləndirici özəlliklərə ayıracaq. Gözləntilərə əsasən iPhone 14 Pro modellərinin A16 Bionic prosessoru ilə təchiz olunacaqları halda adi iPhone 14 modelləri keçən ilki A15 Bionic prosessoruna sahib olacaqlar.

Heç istisna deyil ki, şirkət keçən ilki A15 Bionic modelini bir qədər təkmilləşdirərək ona A16 adını verəcək. Bu halda iPhone 14 Pro modelləri tamamilə yeni A16 Bionic Pro prosessorunu əldə edəcəklər. Artıq məlumdur ki, Pro modelləri adi iPhone 14 modellərindən fərqləndirəcək daha bir özəllik ön panel dizaynı olacaq. Belə ki, son məlumatlara əsasən iPhone 14 Pro modelləri ənənəvi çıxıntı hissəyə sahib olmayacaqlar. Bunun əvəzinə onların ekranlarına 2 ədəd kiçik ölçülü çıxıntı yerləşdiriləcək. Onlardan biri oval formada, digəri isə dairəvi formada olmalıdır. Həmçinin iPhone 14 Pro modellərinin arxa kameralarının əsas obyektivləri 48 MP-lik olmalıdır və onlar 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunmalıdırlar.

İnsayderlər bildiriblər ki, təqdimat çərçivəsində smartfonlardan əlavə olaraq şirkət Apple Watch 8 smart saat seriyasının 3 versiyasını təqdim edəcək. Söhbət, Apple Watch 8, Watch 8 SE və Watch 8 Extreme Edition modellərindən gedir. Təqdimat çərçivəsində Apple AirPods 2 qulaqlıqlarının təqdimatı da gözlənilir. Təqdimat tədbirinin hansı formatda keçiriləcəyi barəsində məlumat yoxdur. Lakin insayderlər qeyd ediblər ki, koronavirus ilə bağlı olan məhdudiyyətlər heç bir problem yaratmasalar, şirkət izləyicilərin fiziki şəkildə iştiraklarını özündə birləşdirən tədbir formatına geri qayıda bilər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,159ФанатыМне нравится
985ЧитателиЧитать
3,137ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -