spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныZTE Voyage 30 seriyası təqdim olundu: əsas xüsusiyyətlər və qiymətlər

ZTE Voyage 30 seriyası təqdim olundu: əsas xüsusiyyətlər və qiymətlər

ZTE şirkəti Voyage 30 smartfonlarının yeni seriyasını təqdim etdi. Buraya müxtəlif MediaTek prosessorlarında işləyən üç model daxildir. Şirkətdən verilən məlumata görə, top versiya cəmi 15 dəqiqə ərzində 50%-ə qədər şarj doldurmağa qadirdir və intellektual şarj sistemi fonda enerji sərfiyyatına nəzarət edir.

ZTE Voyage 30 və 30 Pro versiyaları IPS ekran, Pro+ modeli isə AMOLED ekran ilə təchiz olunub. Bütün smartfonlar sürətli şarj dəstəyi ilə tutumlu batareyalar (4000, 6000 və 5100 mAh) və qadcetin vəziyyətini aşkarlayan və arxa fonda enerji istehlakına nəzarət edən, həmçinin proqramlardan istifadə edərkən batareyanın işini optimallaşdıran Lingxi ağıllı enerji qənaət sistemi aldı. Cihazlar arxa tərəfdə üçlü kamera blokuna malikdir, NFC ödənişini dəstəkləyir, eləcə də zərbə və sudan qorunur.

Texniki xüsusiyyətlər ZTE Voyage 30:

  • Ekran: 6.52″ IPS, 1600×720 piksel, 90Hz adaptiv yeniləmə tezliyi;
  • Prosessor: MediaTek Dimensity 700;
  • RAM: 4/6 GB;
  • Daxili yaddaş: 128 GB;
  • Əsas kamera: 13 MP + 2 MP + 2 MP;
  • Ön kamera: 5 MP;
  • Batareya: 4000 mAh;
  • Doldurma: 22.5W;
  • Təhlükəsizlik: barmaq izi skaneri;
  • Ölçülər: qalınlığı 8,6 mm;
  • Çəki: 181g.

Texniki xüsusiyyətlər  ZTE Voyage 30 Pro:

  • Ekran: 6.67″, IPS, 2400×1800 piksel, 90Hz adaptiv yeniləmə tezliyi;
  • Prosessor: MediaTek Dimensity 810;
  • RAM: 8 GB;
  • Daxili yaddaş: 128 GB;
  • Əsas kamera: 48 MP + 2 MP + 2 MP;
  • Ön kamera: 8 MP;
  • Batareya: 6000 mAh;
  • Doldurma: 22.5W;
  • Təhlükəsizlik: barmaq izi skaneri;
  • Ölçülər: qalınlığı 9,4  mm;
  • Çəki: 215 g.

Texniki xüsusiyyətlər ZTE Voyage 30 Pro+:

  • Ekran: 6.67″, AMOLED, 2400×1800 piksel, 90Hz adaptiv yeniləmə tezliyi;
  • Prosessor: MediaTek Dimensity 810;
  • RAM: 8 GB;
  • Daxili yaddaş: 256 GB;
  • Əsas kamera: 64 MP + 8 MP + 2 MP;
  • Ön kamera: 16 MP;
  • Batareya: 5100 mAh;
  • Doldurma: 66W;
  • Təhlükəsizlik: barmaq izi skaneri;
  • Ölçülər: qalınlığı 8,3  mm;
  • Çəki: 192 g.

ZTE Voyage 30 mavi, ağ və boz rənglərdə 4GB/128GB versiyası üçün 214 dollara, 6GB/128GB konfiqurasiyası üçün isə 244 dollara satışa çıxarılacaq. ZTE Voyage 30 Pro-nun qiyməti 8/128 GB-lıq versiya üçün 259 dollar, Travel versiyası üçün 305 dollar, ZTE Voyage 30 Pro+ isə 336 dollara başa gələcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -