spot_img
29 марта, 2024
ДомойAVТелевидениеRedmi 253 dollara 58 düymlük 4K televizorunu təqdim etdi

Redmi 253 dollara 58 düymlük 4K televizorunu təqdim etdi

Redmi şirkəti A58 2022 smart televizorunu təqdim etdi. Yenilik böyük, lakin televizor istehsalında az istifadə olunan, 4K təsvir ölçülü və 60 Hz tezliyə malik 58 düymlük ekran, həmçinin çox aşağı qiymət (təxminən 400 manat) əldə edib.

Redmi A58 2022 ekranı bütün ön panelin 95,4%-ni tutan incə çərçivəli nazik metal korpusa sahibdir. Performans üçün, 1,5 GB RAM və 8 GB daxili yaddaşa malik dördnüvəli prosessoru cavabdehdir. Yenilik həmçinin ümumi gücü 20 Vt olan stereodinamiklər, iki USB və HDMI portu, RJ-45 konnektoru və 2,4 GHz Wi-Fi adapteri əldə edib. Cihaz ağıllı evin bir hissəsidir: onun köməyi ilə siz Xiaomi ekosistemindəki digər cihazları idarə edə, həmçinin smartfon və ya noutbukdan şəkli yayımlaya bilərsiniz.

Redmi TV-ni indi 253 dollara əvvəlcədən sifariş etmək mümkündür.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -