ГлавнаяТехнологииСмартфоныHuawei şirkəti yeni qatlana bilən Mate Xs 2 smartfonunu təqdim edib

Huawei şirkəti yeni qatlana bilən Mate Xs 2 smartfonunu təqdim edib

Huawei şirkəti Çində Huawei Mate Xs 2 adlı yeni qatlana bilən smartfon modelinin təqdimatını keçirdib. Sözügedən smartfon bazarda mövcud olan digər qatlana bilən smartfonlardan fərqlənir və bəzi unikal özəlliklərə sahibdir. Bundan əlavə olaraq şirkət tətbiqlərin smartfondakı böyük ekran üçün düzgün şəkildə optimizasiya edilməsinə böyük diqqət ayırıb. Huawe Mate Xs 2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480×2200 piksel keyfiyyətli 7.8 düym-lük bir ədəd OLED ekran ilə təchiz olunub. Ekran xarici istiqamətə qatlanır və qatlanmış vəziyyətdə Mate Xs 2 modeli 6.5 düym ekrana sahib adi smartfona çevrilir. Şirkətin verdiyi məlumata əsasən yeni qatlana bilən smartfonun konstruksiyasında aviasiya sinifinə aid olan titan ərintisindən, ultra yüngül və bir o qədər də dözümlü olan poladdan və şüşə liflərindən istifadə edilib. Buna görə də smatfonun çəkisi cəmi 255 qramm təşkil edir.

Bundan əlavə olaraq bir ədəd ekrandan istifadə hesabına smartfonun əsas hissəsinin tam açıq vəziyyətdə qalınlığı cəmi 5.4 mm təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Huawei Mate Xs 2 smartfonu Snapdragon 888 prosessoru vasitəsilə çalışır. Onda 5G dəstəyi mövcud deyil. Bundan əlavə olaraq smartfon 8/12 GB RAM və 256/512 GB daxili yaddaş ilə təchiz olunub. Batareya həcminə gəldikdə isə texniki özəlliklərdən asılı olaraq smartfon fərqli həcmli batareyalar ilə təchiz olunur. Belə ki, 8 GB RAM ilə 256 və ya 512 GB yaddaşa sahib model 4600 mAh, 12 GB RAM ilə 512 GB yaddaşa sahib model isə 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Hər iki halda da batareyalar 66 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər.

Mate Xs 2 modeli 50 MP (lazerli avtofokus) + 13 MP (ultragenişbucaqlı obyektiv) + 8 MP (optik stabilizasiya, 3 qat optik zoom) üçlü arxa kameraya və 10.7 MP-lik ön kameraya sahibdir. Qeyd etmək lazımdır ki, istifadəçi arxa kameralar vasitəsilə də selfie fotolar çəkə bilər. Huawei yeni qatlana bilən smartfonda istifadəçi interfeysinin avtomatik adaptasiya sistemini yaradıb. Smartfon ekranında əks olunan təsvirlər və mətnlər həmin sistem vasitəsilə dəyişilən smartfon ekranına uyğun avtomatik adaptasiya olurlar. Qeyd etmək lazımdır ki, Mate Xs 2 özündə həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və stereo səsgücləndiriciləri birləşdirir. Smartfon HarmonyOS 2.0 vasitəsilə çalışır. Huawei Mate Xs 2 Çin bazarında artıq satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı barəsində bir məlumat yoxdur. Çində smartfonun satış qiymətləri isə aşağıdakı kimidir:

  • 8 GB RAM-a və 256 GB yaddaşa sahib model — 1511$
  • 8 GB RAM-a və 512 GB yaddaşa sahib model — 1738$
  • 12 GB RAM-a və 512 GB yaddaşa sahib model — 1965$

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

OPPO Reno8-in dizaynı və texniki xüsusiyyətləri açıqlandı
YouTube qısa videolar üçün olan Shorts bölməsində reklam elanlarının testinə başlayıb