spot_img
19 апреля, 2024
ДомойТехнологииНоутбукиHonor şirkəti MagicBook X noutbuklarının yenilənmiş versiyalarını təqdim edib

Honor şirkəti MagicBook X noutbuklarının yenilənmiş versiyalarını təqdim edib

Honor noutbuklarının seriyası iki yeni məhsulla tamamlandı. MagicBook X14 (2022) və MagicBook X 15 (2022) modelləri sələfləri ilə müqayisədə emal gücü artıb, eyni zamanda brend xəttinin tanınan xüsusiyyətlərini qoruyub saxlayıb: nazik korpus və yüngül çəki.

Hər iki noutbuk Full HD təsvir ölçüsünə və 16:9 tərəf nisbətinə malik IPS-matrislərlə (müvafiq olaraq 14 və 15,6 düym) təchiz edilib. Yeniliklər inteqrasiya edilmiş İris Xe qrafikası ilə Intel Core i5-1135G7 prosessorlarının əsasında qurulub və konfiqurasiyadan asılı olaraq, 8 və ya 16 GB Operativ yaddaş, həmçinin 512 GB həcmli bərkotel yaddaşla təchiz olunub. Yeni cihazlar əvvəlcədən quraşdırılmış Windows 11 əməliyyat sistemi altında işləyir.

Noutbuk korpusunun qatlanmış vəziyyətdə qalınlığı 15,9 mm, çəkisi isə təxminən 1,38 kiloqramdır. 16 GB operativ yaddaşa malik Honor MagicBook X14 (2022)-nin qiyməti 620 dollar təşkil edir və istehsalçı 8 və 16 GB operativ yaddaşa malik Honor MagicBook X15 (2022) modifikasiyalarını müvafiq olaraq 543 və 636 dollar qiymətləndirib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -