spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныHonor Magic4 Lite təqdim edildi – flaqman dizaynlı ucuz smartfon

Honor Magic4 Lite təqdim edildi – flaqman dizaynlı ucuz smartfon

Honor şirkəti Magic4 seriyasından yeni modeli təqdim edib. Yenilik Magic4 Lite adlanır və cəlbedici dizayna və qismən flaqman parametrlərinə baxmayaraq, nisbətən ucuz başa gələcək.

Honor Magic4 Lite-də Full HD+ (2388×1080 piksel) təsvir ölçüsünə və 120 Hz-ə qədər yeniləmə tezliyinə malik 6,81 düymlük IPS ekrandan istifadə olunur. Aparat platforması olaraq, Qualcomm Snapdragon 695 çipi quraşdırılmış 5G modem ilə təchiz edilmişdir. Batareyanın həcmi 4800 mah-dır və 66 vatt sürətli şarj üçün dəstək var. Selfie kamerası 16 meqapikseldir, əsas kamera isə üç moduldan ibarətdir: əsas 48 meqapiksel, makro 2 meqapiksel və dərinlik sensoru 2 meqapiksel.

Magic4 Lite hazırlanarkən təxminən eyni parametrlərə və dizayna malik olan Honor X30 və Honor X9 5G modelləri smartfon əsasında götürülmüşdür. Yeniliyin qiyməti hələ açıqlanmayıb, lakin 270 dollardan yuxarı olacağı ehtimalı yoxdur — göstərilən Huawei modelləri məhz bu qiymətə satılır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -