spot_img
24 апреля, 2024
ДомойТехнологииСмартфоныSamsung şirkəti smartfonlarının adlarından “Z” hərfini sildi

Samsung şirkəti smartfonlarının adlarından “Z” hərfini sildi

Media, Samsung-un Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 qatlana bilən cihazlarının adlarından «Z» hərfini silmək qərarına gəldiyini bildirdi. Bu hərf Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatlarının simvoluna çevrilib.

Hələlik dəyişikliklər bir neçə ölkənin: Estoniya, Latviya və Litvanın rəsmi Samsung saytlarında görünür. İndi Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 orada Galaxy Fold 3 və Galaxy Flip 3 kimi qeyd olunub. Dəyişikliklərin nisbətən bu yaxınlarda baş verdiyi bildirilir.

Rebrendinqlə bağlı Samsung rəhbərliyindən rəsmi açıqlama verilməyib. Bəlkə də bu, şirkətin yerli bölmələrinin əməkdaşlarının əsas təşəbbüsüdür.

Bundan əvvəl Samsung, eləcə də Apple, Intel və bir sıra digər şirkətlər öz məhsullarının Rusiyaya tədarükünü dayandırmışdılar.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -