spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныSamsung Galaxy Note-u rəsmən "öldürdü"

Samsung Galaxy Note-u rəsmən «öldürdü»

Samsung rəsmi olaraq Galaxy Note ticarət nişanından imtina etdi. Bu xəbəri smartfon şirkətinin rəhbəri də təsdiqləyib. Əslində, Galaxy Note Ultra, yəni Samsung Galaxy S22 Ultra olaraq buraxılacaq. Bu məlumat artıq aydın idi, amma indi təsdiqləndi.

Samsung 2020-ci ildən bəri Galaxy Note cihazlarını buraxmır. Sonuncu dəfə Galaxy Note 20 və Note 20 Ultra modelləri təqdim olunmuşdu.

Galaxy S və Galaxy Note məhsul xətlərinin birləşməsi çoxdan gözlənilirdi. Samsung on il əvvəl Galaxy Note-u ilk dəfə təqdim edəndə o, bir çox cəhətdən, xüsusən də ekran ölçüsü baxımından digər modellərdən üstün idi. Lakin zaman keçdikcə böyük ekranlı smartfonlar sənaye standartına çevrildi. Sonda Galaxy S və Galaxy Note arasındakı yeganə əsas fərq stilus idi. İndi isə S22 Ultra da buna sahibdir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -