spot_img
29 марта, 2024

Robot tozsoranlar — tarix

Robot tozsoranlar necə yaradıldı: bu ev köməkçilərinin yaranma tarixinə bir nəzər salaq.

Bu gün robotlaşdirilmış ev yiğışdıran cihazlar təəccüb doğurmur — artıq bir çox evlərdə bu cihazlar artiq var və onlari əldə etmək daha da asandir. Bu cihazlar quraşdırılmış süni zəka elementləri vasitəsilə insanın minimal iştirakı ilə avtomatik rejimdə evin təmizliyini həyata keçirirlər.

Getdikcə robot tozsoranlar ənənəvi əl tozsoranlarini sixişdirib çixarir, bəziləri isə hələ də hər iki nəsil cihazlardan istifadə edir. Bu cihazlar istehlakçılar tərəfindən demək olar ki yenilikcə, təxminən 20 ilə yaxindir ki istifadə olunmağa başlanilib. Gəlin bu illərdə robot tozsoranlarin yaranmasi və inkişafı yoluna nəzər salaq.

Necə başlandı?

Robot tozsoran erasinin başlanğıcı 1996 cı ilə təsadüf edir. Həmin vaxt BBC öz izləyicilərinə tanınmış brend olan Electrolux-un birinci intellektual yiğışdırıcısının maketini təqdim etmişdi. Təxminən 5 il sonra, 2001-ci ildə birinci “ağıllı tozsoran” Electrolux Trilobite istehlakçılara göstərildi, 2002-ci ildə isə həmin model artiq azad satiş üçün təqdim olundu. Bu unikal model, demək olar ki, indiki robot tozsoranlarin əcdadı oldu və digər istehsalçılar həmin modeli əsas götürərək ideyani mükəməlləşdirməyə başladilar.

Electrolux Trilobite

Həmin ərəfələrdə (2002-ci ildə) təşəbbüsü iRobot şirkəti inkişaf elətdirməyə başladı, şirkət Roomba xəttindən olan quru təmizləmə üçün nəzərdə tutulmuş robot tozsoranlarin istehsalina başladı, amma satışlarin başlanmasi 2004-cü ildə baş tutdu. İRobot şirkəti 1990-cı ildə yaradılmışdı, amma robot tozsoranlarin istehsalına başlayanadək onlar NASA və hərbi təşkilatlar üçün robotlaşdirilmış avadanlıqlar istehsalı ilə məşğul idilər.

Həmin vaxt, 2004-cü ildə, robot tozsoran yaradıcısı Elektrolux şirkəti modifikasıya olunmuş yeni modeli satışa çixardı — Electrolux Trilobite 2.0. Həmçinin həmin ildən, 2004-cü il də bu istiqamət üzrə yeni istehsalçılar çoxalmağa başladı:

  • LG — ROBOKING modeli ilə;
  • Samsung — Samsung VC-RP30W modeli ilə;
  • Siemens — Sensor Cruiser modeli ilə;
  • Karcher — RoboCleaner RC 3000 modeli ilə.

Rəqabət inkişafdı deyimini əsas götürsək, robot tozsoranlarin inkişaf nöqtəsini də 2004-cü il hesab eləmək daha doğru olardı. Evolyusiya davam etdi…

2005-ci ildə artıq trendi qəbul edərək ağır çəkili və bu günədək liderliyini saxlayan istehsalçılar öz robot tozsoranlarini təqdim etdilər — iClebo (Koreya) və Neato Robotics (ABŞ).

2006-cı ildə artıq birinci döşəməsilənlər yaradıldı, 1998-ci ildə yaradılmış ECOVACS Group nəm yığışdırıcı robot tozsoranlarin valideyni sayıla bilər, həmin ildə qrupda yeni sektor ECOVACS ROBOTICS yaradıldı. Hal hazirda Ecovacs ən çox tələbat olan istehsalçılar sirasindadır, çünki bu illər ərzində qabaqcil funksiyalarla keyfiyyətli məhsul istehsalçısı reputasiyasini qazana bilib.

2007-ci ildən başlayaraq müxtəlif Çin istehsalçıları bu sahəyə maraqlarini artıraraq robot tozsoran istehsalına və modellərini artırmağa başlayiblar. Bundan əlavə aşağıdakı istehsalçılar həmçinin robot tozsoranlari istehsal etdikləri məhsul siyahisina əlavə ediblər: INFINUVO; PANASONIC; DYSON; HITACHI.

Qeyd etmək istərdik ki, DYSON çox güclü Dyson 360 Eye modeli ilə, istehlakçıların rəğbətini qazanib.Bu model üzrəində 10 il işlədikdən sonra 2015-ci ildə alıcılara təqdim etmək üçün satışa çixarılıb.

Dyson 360 Eye

Robot tozsoran tarixində əsas təkan anindan biri də 2016-cı ildə baş verib, həmin ildə Xiaomi şirkətinin “inqilabçı” robot tozsoranı təqdim olundu. Xiaomi Mi Robot Vacuum Cleaner bir çox unikal funksiyalarla təchiz olunmuşdu- lidarla naviqasiya sistemi, əsas firçanin olması, dünyanin istənilən nöqtəsindən idarə olunması, artirilmiş sovurma gücü, “cibə uyğun qiyməti” və s.

2017-ci ildən Xiaomi şirkəti artıq müxtəlif tapşırıqlar icra edən onlarla intellektual robot tozsoran istehsal edib — budcə modellərindən premial modellərədək.

Qeyd etmək lazimdir ki bu gün Xiaomi istehsalı olan robot tozsoranlara olan tələbat 2010 cu illərdə lider rolunu tutan İrobot şirkətini artıq çox geridə qoyub.Bunun da səbəbi uyğun qiymət, optimal bacariqlar, istifadəçilərin dəyərləndirməsi.

Mükəmməliyin sərhəddi olmamasını nəzərə alaraq Xiaomi şirkəətinin və torəmələrinin bizi yeni məhsullarla sevindirəcəklərinə ümid edirik.

 

Mənbə: https://www.mihome.az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -