spot_img
19 апреля, 2024
ДомойSoftwareМобильные приложенияKənar tətbiqlər vasitəsilə canlı yayımlar: Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

Kənar tətbiqlər vasitəsilə canlı yayımlar: Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

Technote-un verdiyi məlumata görə, Telegram tərtibatçıları messencer üçün böyük yenilənmə təqdim etdiklərini elan ediblər. Messencerin əldə etdiyi yeniliklər arasında yaxşılaşdırılmış yükləmələr meneceri, yenilənmiş interfeys və messencer üzərindən təkmilləşdirilmş canlı yayım var. Beləliklə yenilənmiş yükləmələr meneceri sayəsində istifadəçilər öz aralarında 2 GB-a kimi istənilən faylların mübadiləsini reallaşdıra biləcəklər. Bundan əlavə olaraq tərtibatçılar messencerə yükləmələr bölməsini əlavə ediblər. Onun sayəsində istifadəçilər Telegram-dakı bütün yükləmələrin tarixçələrini və real zaman ərzində baş verən yükləmələrin proseslərini izləyə biləcəklər.

    Messencerdə reallaşdırılmış daha bir vacib yenilik yerləşdirmə bölməsinin əlavəsidir. Belə ki, istifadəçi öz dostlarına fotoların göndərilməsi zamanı onun vasitəsilə fotoların sıralanmasını və göndərilmənin vizual görüntüsünü izləyə biləcək. Bundan əlavə olaraq daha rahat baxış üçün göndərilən fotoların yerlərini dəyişmək də mümkündür. Bütün bunlardan əlavə olaraq messencerə təkmilləşdirilmiş canlı yayımlar da əlavə edilib. Bundan sonra istifadəçi OBS və Xsplit Broadcaster kimi kənar tətbiqlər vasitəsilə messencer üzərindən canlı yayımları reallaşdıra biləcəklər. Bunun üçün istifadəçi videoçat yaratmalı və daha sonra “Start With” düyməsinə klikləyərək lazımi canlı yayım tətbiqini seçməlidir. Bütün bu yeniliklər artıq Telegram-ın Android və iOS versiyalarında aktivdirlər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -