spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныHUAWEI P50E təqdim edildi: IP68 qoruması, telefoto obyektiv və NFC

HUAWEI P50E təqdim edildi: IP68 qoruması, telefoto obyektiv və NFC

HUAWEI P50 smartfonlar ailəsi «sadə» P50E modeli ilə tamamlandı. Qualcomm prosessorlu yenilik sürətli şarj, təkmilləşdirilmiş mobil çəkiliş, eləcə də su və tozdan qrunma funksiyalarını əldə edib.

Smartfonun 6,5 düymlük OLED displeyi 2700×1224 piksel təsvir ölçüsünə, 458 ppi piksel sıxlığına və 90 Hz yeniləmə sürətinə malikdir. F/2.4 diyaframa malik 12 meqapiksellik ön kamera matrisin yuxarı mərkəzinə yerləşdirilib.

Qadcetin arxa kamera moduluna ultra geniş bucaqlı şüşəli 13 meqapiksellik sensor, 5x optik zoom və 12 meqapiksellik sensor ayırdetmə qabiliyyətinə malik telefoto obyektiv ilə tamamlanan 50 MP (f/1.8) əsas sensor daxildir. Cihaz 720p @ 960 kadr tezlikdə Slowmovideo yazmaq qabiliyyətinə malikdir.

Smartfonun xüsusiyyətləri siyahısını IP68 standartına uyğun qorunma, NFC modulu və HarmonyOS 2 əməliyyat sistemi müvafiq olaraq tamamlayır.

Bazarda qara, qızılı, ağ və mavi korpuslarda təqdim olunan HUAWEI P50E-nin qiyməti 8/128 GB və 8/256 GB versiyaları üçün müvafiq olaraq 644 dollar və 707 dollar təşkil edir.Smartfonun satışlarına martın 24-də başlanması planlaşdırılır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -