spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныApple itmiş və ya oğurlanmış iPhone-ların rəsmi təmirlərini qadağan edəcək

Apple itmiş və ya oğurlanmış iPhone-ların rəsmi təmirlərini qadağan edəcək

   Macrumors saytının jurnalistləri bu məsələ ilə bağlı sənədləri əldə ediblər. Əldə edilmiş sənədlərdə qeyd edilib ki, şirkət şübhəli keçmişi olan cihazların təmir edilməsi prosesindən imtina etməyi planlaşdırır. Hətta əgər cihaz əvvəlki istifadəçi tərəfindən bloklanmayıbsa da şirkət təmir xidmətinin göstərilməsindən imtina edəcək. Verilmiş məlumata əsasən Apple şirkətinin mağazaları və servis mərkəzləri təmir üçün nəzərdə tutulmuş cihazların itmiş cihazlar reyestrində yoxlanılmasını reallaşdıracaqlar. Əgər texniki mütəxəssis bu və ya digər cihazın itmiş və ya oğurlanmış olduğunu təyin etsə, o, həmin cihazın təmir edilməsindən imtina edəcək.

    Məlumata əsasən iPhone-nun bloklaşdırılmasından fərqli olaraq bu yeni strategiya smarfonu seriya nömrəsi vasitəsilə yoxlamaq imkanını verir. Beləliklə əgər cihazın əvvəlki sahibi onu bloklamasa da cihazın itmiş və ya oğurlanmış olduğunu təyin etmək mümkün olacaq. Bunun üçün nəzərdə tutulmuş GSMA reyestri qlobal məlumatar bazası rolunda çıxış edir və o, bəzi ölkələrdə aktivdir. Apple cihazlarının təmiri üzrə bu yeni qərarın nə zaman qüvvəyə minəcəyi barəsində məlumat yoxdur. Gözləntilərə əsasən şirkətin rəsmi mağazaları ilə servis mərkəzləri yaxın zaman ərzində bu məsələ ilə bağlı bildiriş əldə edəcəklər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -