spot_img
23 апреля, 2024
ДомойSoftwareМобильные приложенияTelegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yeni funksiyaları təqdim ediblər. Bundan əlavə olaraq Telegram üzərindən reallaşdırılan zənglərin keyfiyyətləri də yüksəlib və messencerin mobil versiyasının interfeysi optimizasiya edilib. Beləliklə Telegram-a əlavə edilmiş əsas yeniliklərdən biri də videolar vasitəsilə animasiyalı stikerlərin hazırlanmasıdır. Bunun üçün istifadəçi bu və ya digər videonu messencerin rəsmi saytında təqdim edilmiş məsləhətləri izləməklə @stickers botuna göndərməlidir. Bundan əlavə olaraq reaksiyaların animasiya ölçüləri kiçilib və hansısa emojinin göndərilmə prosesi zamanı həmin emojiyə klikləyib saxlama bu və ya digər mesaja olan cavabı daha “sərt” şəkildə təqdim edəcək.

Mesajlara olan reaksiyaları əhatə edən alqoritm təkmilləşdirilməyə məruz qalıb. Bundan sonra müvafiq reaksiyanın animasiyası bütün çat iştirakları üçün işə düşəcək. Ürək formasında olan düymə isə əlavə edilmiş yeni reaksiyaların siyahısına baxmaq imkanını verəcək. Qeyd etmək lazımdır ki, messencer siyahıya 5 yeni reaksiyanı əlavə edib. Həmin reaksiyaları həmçinin interaktiv emoji kimi də istifadə etmək mümkündür. Daha bir yenilik messencerin interfeysi ilə bağlıdır. Belə ki, bundan sonra daha öncə açılmş çatlara geri dönmək üçün sadəcə olaraq Back düyməsini klikləyib saxlamaq lazımdır. Bununla yanaşı messencerin mobil versiyasında Share menyusu vasitəsilə mesajları göndərmək istədikdə onların səssiz şəkildə göndərilməsini reallaşdırmaq olar. Bütün bu yeniliklər Telegram-ın Android və iOS versiyalarında artıq istifadəyə verilib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -