spot_img
24 апреля, 2024
ДомойТехнологииСмартфоныŞəbəkədə Motorola Moto G22-nin qiyməti və xüsusiyyətləri haqqında məlumat peyda oldu

Şəbəkədə Motorola Moto G22-nin qiyməti və xüsusiyyətləri haqqında məlumat peyda oldu

Təqdimatın gözlənilən tarixindən bir müddət əvvəl internetdə Motorola Moto G22 büdcə smartfonunun xüsusiyyətləri haqqında məlumat peyda oldu. İnsayderlərin sözlərinə görə, yenilik 1600×720 piksel təsvir ölçüsünə və 90 Hz təzələnmə tezliyinə malik 6,5 düymlük displeylə təchiz ediləcək.

Cihazın “ürəyi” MediaTek Helio G37 mobil prosessoru olacaq. Həmçinin bildirilir ki, smartfon 50 meqapiksellik əsas kamera və 5000 mAh həcmli batareya alacaq. Qara, mavi və ağ rənglərdə təxminən 200 avroya satışa çıxarılacaq. Cihazın təqdimat tarixi hələ açıqlanmayıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -