spot_img
28 марта, 2024
ДомойТелекомСобытияÇinli bloqqer 27 000 000 mAh tutumlu nəhəng powerbank hazırlayıb

Çinli bloqqer 27 000 000 mAh tutumlu nəhəng powerbank hazırlayıb

Powerbank rozetə rahat alternativ olsa da, onun həcmi gün ərzində istifadə üçün yetmir. Bu problemin radikal həllini Handy Geng adlı çinli bloqqer tapıb. Belə ki, o, rekord göstəricidə enerji tutumlu fərdi powerbank hazırlayıb. Eyniadlı Youtube kanalın müəllifi olan həmin bloqqerin sözlərinə əsasən rekord göstəricidə enerji tutumuna sahib powerbank-ın yaradılması məsələsində onu dostları ilhamlandırıb. Belə ki, onun dostları yüksək enerji tutumlu powerbank-lara sahib olduqları bir vaxtda onun bu cür aksesuarı olmayıb. Buna görə də o, rekord göstəricidə enerji tutumuna sahib powerbank hazırlamaq qərarına gəlib. Nəticədə bloqqer böyük olçülü powerbank hazırlayıb.

Technote-un verdiyi məlumata görə, onun enerji tutumu 27.000.000 mAh təşkil edir. Powerbank metal materialdan hazırlanmış gövdəyə sahibdir və həmin gövdəyə müxtəlif qruplara ayrılmış 60 ədəd rozet quraşdırılıb. Sözügedən powerbank 220 V (volt) çıxış gərginliyini dəstəkləyir və eyni anda 20 ədəd smartfonu, planşeti və noutbuku şarj edə bilir. Bundan əlavə olaraq powerbank eyni anda induksiya plitəsini, televizoru və paltaryuyan maşını enerji ilə təmin edə bilir. Bu halda powerbank-da qısa qapanma və ya qızma problemi yaşanmır. Powerbank-ın yeganə mənfi özəlliyi onun ölçüsündədir. Belə ki, sözügedən powerbank-ı daşımaq üçün yük maşını lazım olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,056ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -