ГлавнаяТехнологииСмартфоныXiaomi şirkəti MIUI 13 və Watch 1S-in təqdimat tarixini təsdiqləyib

Xiaomi şirkəti MIUI 13 və Watch 1S-in təqdimat tarixini təsdiqləyib

Şirkət nümayəndələri elan ediblər ki, qarşıdan gələn təqdimatda təkcə yeni smartfonlar deyil, həm də patentləşdirilmiş MIUI 13 proqram təminatı ilə Watch S1 smart saatı təqdim olunacaq. Sonuncu gadgetın dizaynını təsdiqləyən təzə rəsmi tizerdə göründü.

Şəkilə əsasən, Watch S1 metal korpusda hazırlanacaq və dairəvi displey, həmçinin iki düymə əldə edəcək. Müxtəlif şəbəkə mənbələrinə görə yeni cihazların qiyməti təxminən 155 dollar təşkil edəcək. Xiaomi bu gün, dekabrın 28-də baş tutacaq rəsmi tədbir zamanı cihaz haqqında sizə ətraflı məlumat verəcək.

Təqdimatın «headliners»ləri Xiaomi 12, 12 Pro və 12X smartfonları olacaq. Eyni zamanda, şirkət yeni MIUI 13 haqqında məlumatları istifadəçilərlə bölüşəcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

Epic Games Store в течении суток бесплатно отдает Mages of Mystralia
Samsung Galaxy S23 Ultra-nın əsas kamerası nəhəng sensorla təchiz olunacaq