spot_img
25 апреля, 2024
ДомойТехнологииСмартфоныVivo V23 Pro-nun xüsusiyyətləri və dizaynı Google tərəfindən açıqlandı

Vivo V23 Pro-nun xüsusiyyətləri və dizaynı Google tərəfindən açıqlandı

Vivo brendinin yeni flaqmanı təqdimat ərəfəsində Google Play Console tərtibatçıları üçün xidmətin məlumat bazasında peyda olub. Nəşr sayəsində cihazın bütün əsas texniki xüsusiyyətləri, eləcə də onun ön panelinin selfi kamerası üçün “bang” ilə dizaynı məlum olub.

Mənbənin məlumatına görə, V2132 kod nömrəsi ilə qeydiyyatdan keçən vivo V23 Pro 2376×1080 piksel təsvir ölçülü və 440 ppi piksel sıxlığına malik displey alacaq. Smartfonun işinə 8 GB Operativ yaddaşa malik MediaTek Dimensity 1200 mobil platforması cavabdeh olacaq. Yenilik Android 12 əsasında əvvəlcədən quraşdırılmış FuntouchOS 12 proqramı ilə satışa çıxarılacaq.

Vivo V23 Pro-nun 4 yanvar 2022-ci ildə təqdim ediləcəyi gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -