spot_img
19 апреля, 2024
ДомойSoftwareМобильные приложенияSmart Customs ilin mobil tətbiqi olub

Smart Customs ilin mobil tətbiqi olub

Dövlət Gömrük Komitəsi «NETTY-2021» Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

Report-un komitəyə istinadən verdiyi məlumata görə, dekabrın 18-də “NETTY-2021” Azərbaycanın Milli internet mükafatının 16-cı mükafatlandırma mərasimi baş tutub. NETTY akademikləri cari ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqramlar arasında ən yaxşılarını seçiblər. Bu il keçirilən müsabiqədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi «Smart Customs» tətbiqi layihəsi ilə iştirak edib.

Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib. «Dövlət və Cəmiyyət» nominasiyası üzrə Dövlət Gömrük Komitəsinin «Smart Customs» layihəsi «NETTY-2021» Azərbaycan Milli İnternet Mükafatında ilin mobil tətbiqi olub.

Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən təkmilləşdirilmiş «Sadələşdirilmiş Bəyannamə — Elektron Ticarət» (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb.

Bu layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradıb.

2004-cü ildə təsis edilən, 2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -